Pan Gi Mun Novruz bayramını qeyd edən ölkələri təbrik etdi

15:24 | 22.03.2016
Pan Gi Mun Novruz bayramını qeyd edən ölkələri təbrik etdi

Pan Gi Mun Novruz bayramını qeyd edən ölkələri təbrik etdi

BMT-nin baş katibi Pan Gi Mun bazar ertəsi Novruzu qeyd edən bütün ölkələrin əhalisini bayram münasibəti ilə təbrik edib.

"Report" xəbər verir ki, qurum rəhbəri təntənəli iclasda Novruz bayramını "qlobal mədəni irsin bir hissəsi" adlandırıb və bu bayramın BMT-nin prinsiplərinə uyğun olduğunu bildirib.

"Novruz qədim bayramdır. O, bu gün mövcud olan sərhəd və fikir ayrılıqlarından daha qədimdir. O, insan həyatının milli sərhədlər, dini inanclar və digər zahiri fərqlərdən daha mühüm olduğunu bizə xatırladır. Bu mənada Novruz bütün əngəlləri dağıdır və etimad telləri qurur", - deyə Pan Gi Mun bildirib.

Onun sözlərinə görə, BMT bu bayramı qürurla qeyd edir, çünki eyni dəyərləri - həmrəyliyi, dost münasibətləri və ətraf mühitə ehtiramı təbliğ edir.

Novruz bayramı Azərbaycan, Əfqanıstan, Albaniya, Gürcüstan, Hindistan, İraq Kürdüstanı, İran, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Çinin Sintzyan-Uyğur muxtar rayonu, Tacikistan, Türkiyə, Özbəkistan, Rusiyanın Tatarıstan, Başqırdıstan, Dağıstan və bəzi başqa regionlarında qeyd olunur.

Ümumilikdə bütün dünyada 300 milyon insan bu bayramı qeyd edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb