Pan Gi Mun Qarabağda vurulan helikopterdən danışdı

10:11 | 14.11.2014
Pan Gi Mun Qarabağda vurulan helikopterdən danışdı

Pan Gi Mun Qarabağda vurulan helikopterdən danışdı

BMT-nin Baş katibi Pan Gi Mun cümə axşamı Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda helikopter faciəsindən sonra regionda vəziyyəti gərginləşdirəcək heç bir addım atmamağa çağırıb.  “BMT-nin baş katibi Minsk qrupunun həmsədrlərinin narahatçılığının ciddiliyi ilə razılaşır”, - BMT-nin baş katibinin nümayəndəsi Farhan Haq jurnalistlərə bildirib, Oxu.Az xəbər verir.“O, yenidən tərəfləri atəşkəs haqqında razılığa riayət etməyə çağırıb. O, həmçinin tərəfləri vəziyyəti gərginləşdirə biləcək addım atmaqdan qaçmağa çağırıb”, - o əlavə edib.Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabr ayının 12-də saat 13:45-də Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 helikopteri Azərbaycanın Ağdam rayonunun Kəngərli kəndinin şərqində 1700 km-də olarkən hərbi kursa çıxıb və Azərbaycan ordusunun mövqelərinə hücum cəhdi göstərib. Azərbaycan tərəfindən açılan atəş nəticəsində helikopter məhv edilib.  Vurulan helikopterin qalıqları Azərbaycan mövqelərindən 500 metr aralı məsafəyə düşüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb