Milli Məclis özünün buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Prezident İlham Əliyevə müraciət edib.
11:46
Milli Məclisdə 6 deputatın iştirakı ilə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə məktub hazırlanması ilə komissiya yaradılıb.
Komissiyanın sədri Adil Əliyev təyin edilib. Komisiyanın üzvləri siyahısında Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai təmsil olunurlar.
11:11
Milli Məclis iyunun 21-də keçirilən növbədənkənar iclasda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarı müzakirə edir.
Bir gün əvvəl Yeni Azərbaycan Partiyası Paralamentin buraxılması ilə bağlı Prezidentə müraciət edəcəyini açıqlayıb.
Konsititusiyaya görə Azərbaycanda Parlament seçkiləri 5 ildən bir keçirilir. Bu il seçkilər noyabrın ilk həftəsinə təsadüf edir. Həmin dövrdə Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsi ilə əlaqədar Paralement seçkilərinin sentyabrın ilk həftəsi keçirilməsi nəzərdə tutulur.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !