Paşinyan küçədən çəkildi: Bu gün kabinetlərdə olacam

17:14 | 02.05.2018
Paşinyan küçədən çəkildi: Bu gün kabinetlərdə olacam

Paşinyan küçədən çəkildi: Bu gün kabinetlərdə olacam

"Mənim addımım” etiraz hərəkatının rəhbəri Nikol Paşinyan bu gün ölkədəki cari siyasi vəziyyəti Çarukyan Blokunun lideri Qagik Çarukyanla müzakirə edəcək.

Axar.az xəbər verir ki, müxalif lider tərəfdarlarına müraciət edərək bu gün vaxtının çox hissəsini küçələrdə deyil, kabinetlərdə keçirəcəyini bildirib.

Paşinyan buna səbəb kimi Yelk Blokunun üzvləri və digər siyasi qüvvələrlə müzakirə edilməli olan bir çox məsələnin yığılıb qalmasını göstərib.

Paşinyan növbəti addımları barədə axşam Respublika meydanında keçiriləcək mitinq zamanı məlumat verəcəyini də açıqlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb