Paşinyandan Dilqəm və Şahbazla bağlı hər şeyi açıqladı: Azərbaycan istəyir ki...

13:13 | 28.11.2018
Paşinyandan Dilqəm və Şahbazla bağlı hər şeyi açıqladı: Azərbaycan istəyir ki...

Paşinyandan Dilqəm və Şahbazla bağlı hər şeyi açıqladı: Azərbaycan istəyir ki...

"Azərbaycan əsirlərin dəyişdirilməsi təklifi ilə çıxış edir. Azərbaycanda üç erməni var, Qarabağda üç azərbaycanlı. Üç azərbaycanlıya qarşı üç ermənini verməyi təklif edirlər”.

Bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan mövqelərinə soxulmaq istəyərkən ələ keçirilən erməni diversant Karen Kazaryanın valideynləri ilə görüşdə deyib.

Lakin Paşinyan Azərbaycanın təklifindən imtina etdiklərini bildirib.

"Qarabağda iki azərbaycanlı var. Onları qaytarsaq, Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaqlar. Biz bunu istəyirik? Kazaryanla bağlı məsələni Azərbaycan tərəfi ilə müzakirə etməyə davam edirik. Biz bu məsələni beynəlxalq səviyyəyə çıxaracağıq”, - deyə Paşinyan Kazaryanın ailəsinə söz verib.

Lakin Ermənistan mediası bunun sadəcə olaraq seçki öncəsi vəd olduğunu yazır.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək istəyərkən, erməni hərbi birləşmələri tərəfindən girov götürülüb. Azərbaycan dövləti onların azad edilməsi istiqamətində çalışır./publika.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb