Paşinyanın Qarabağ “radikallığı” hiylədir?

15:30 | 02.05.2018
Paşinyanın Qarabağ “radikallığı” hiylədir?

Paşinyanın Qarabağ “radikallığı” hiylədir?

İstənilən halda Paşinyan təslim olmayacaq və istəyinə nail olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq hazırda Ermənistanda iki siyasi düşərgə arasında mübarizəsinin getdikcə daha da gərginləşdiyini deyib:

"Əsas məsələ ondan ibarətdir ki, mayın 1-də keçirilən parlament debatlarında köhnə komanda öz məğlubiyyəti ilə barışmadı. Onlar səsvermədə Paşinyanın seçilməsini əngəllədilər. Sualların tərkibi, mahiyyəti də göstərdi ki, Serj Sərkisyanın komandası hələ də təslim olmaq niyyətində deyil. Ancaq bu çox yanlış yanaşmadır. Çünki Paşinyanın arxasında ümumxalq hərəkatı var və bu, çoxluğun köhnə hakimiyyətə "yox” deməsi anlamına gəlir. Yəni faktiki olaraq xalq Serj Sərkisyana qırımızı vərəqəni göstərib. Dünən baş nazirin seçilməməsi ancaq vaxt itkisi ilə nəticələnəcək. Çünki istənilən halda Paşinyan təslim olmayacaq və istəyinə çatacaq”.

Politoloq Paşinyanın Qarabağla bağlı mövqeyinə də münasibət bildirib:

"Paşinyanın mövqeyi ümumerməni münasibətindən fərqlənmir. Lakin nəzərə almaq lazımdır ki, indiki məqamda o bütün bunlara insanları, Qarabağ "aşiqlər”ini özündən qoparmamaq üçün gedir. Dağlıq Qarabağda işğalçı separatçılar sıradan çıxsa, danışıqlarda müəyyən irəliləyiş istisna deyil. Serj Sərkisyanın gedişi ilə onun ideologiyasının da hakimiyyət orqanlarından uzaqlaşması çox məqsədəuyğundur. Ermənistan faktiki olaraq məhz Sərkisyanın ideologiyası ucbatından oyundankənar vəziyyətə düşüb. Ona görə də Qarabağ məsələsi hələ bir qədər sonra durulacaq və Nikol Paşinyanın Dağlıq Qarabağa dair populist çıxışları hələ onun münaqişəyə real baxışı kimi təhlil etməyə tələsməməliyik. Prosesin durulmasını gözləməliyik”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb