Paşinyanın yalanına cavab: Ordumuz itki verib? – VIDEO

15:10 | 17.09.2018
Paşinyanın yalanına cavab: Ordumuz itki verib? – VIDEO

Paşinyanın yalanına cavab: Ordumuz itki verib? – VIDEO

"Mənim addımım” blokunun sentyabrın 16-da İrəvanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyanın son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dediklərinə Müdafiə Nazirliyindən cavab verilib.

Nazirlikdən Axar.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib:

"Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM