Payız Azərbaycana gecikir

11:00 | 22.09.2015
Payız Azərbaycana gecikir

Payız Azərbaycana gecikir

Yeni fəslin gələcəyi vaxt açıqlandı.

Azərbaycana payızın gəlmə vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, bu il payız Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 13:22-də qədəm qoyacaq.

Qeyd edək ki, sentyabrın 22-23-də payız fəsli başlayır. Payız mövsümünün başlaması ilə gecə-gündüz bərabərliyi baş verir. Yəni gecə ilə gündüz 12 saat olmaqla sutka yarıya bölünür.

Artıq bu gündən başlayaraq gecələr uzanmağa, gündüzlər qısalmağa başlayır. İldə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir.

Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM