Paytaxtda yanğın: 20 nəfər təxliyyə olundu

10:00 | 18.09.2015
Paytaxtda yanğın: 20 nəfər təxliyyə olundu

Paytaxtda yanğın: 20 nəfər təxliyyə olundu

Bakıda binada yanğın hadisəsi qeydə alınıb.

ANN.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın Binəqədi rayonunda çoxmərtəbəli  yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin  1 otağının yanar konstruksiyaları  və ev əşyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM