"Pegasus" gəlirlərini açıqladı

23:43 | 16.08.2016

"Pegasus" gəlirlərini açıqladı

"Pegasus” Hava Yolları cari ilin ilk yarısında 1,4 milyard türk lirəsi gəlir əldə edib.

Fins.az xəbər verir ki, şirkətdən edilən şərhdə "Pegasus”un satış gəlirlərinin bu ilin ilk 6 ayında 2015-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 1 milyard 488 milyon 781 min 57 türk lirəsinə yüksəldiyi bildirilir.

"Pegasus”un kənar gəlirləri isə həmin dövrdə 27 faiz artıb, şirkət yerli reyslərdə 13,1 faiz, beynəlxalq reyslərdə isə 2,1 faiz çox sərnişin daşıyıb. Şirkətin ümumi aktiv böyüklüyü isə 3 milyard 967 milyon 99 min 180 türk lirəsinə çatıb.

Bu ilin ilk 7 ayında isə "Pegasus” 8,8 faiz artımla təxminən 13,4 milyon sərnişinə xidmət göstərib. Həmin dövrdə şirkətin aviareyslərinin sayı 11,9 faiz artaraq 94 min 997-yə yüksəlib. Şirkət yanvar-iyul aylarında yerli reyslərlə 8,6 milyon, xarici reyslərlə isə 4,8 milyon sərnişin daşıyıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti