Pəhləvidən ABŞ-a çağırış: İnqilaba dəstək ver!

21:08 | 04.01.2018
Pəhləvidən ABŞ-a çağırış: İnqilaba dəstək ver!

Pəhləvidən ABŞ-a çağırış: İnqilaba dəstək ver!

ABŞ şirkətləri texnoloji sahədə olan məhdudiyyətləri aradan qaldıraraq İran xalqını dəstəkləməlidir,  bu sözləri İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi Reuters-ə açıqlamasında deyib.

"İran xalqı öz müqəddəratını təyin etməkdə haqlıdır. ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının bu yöndə səyləri olduqca uğurludur”, - Pəhləvi bildirib.

O, həmçinin İran lideri Həsən Ruhanini də ikiüzlülükdə ittiham edib:

"Boş sözlərdən, vədlərdən daha çox konkret addımlara ehtiyacımız var”.

Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları başlayıb. İğtişaşlar nəticəsində 30-a yaxın insan həlak olub.

Həmçinin bir sıra şəhərlərdə hökumət lehinə aksiyaların da təşkil olunduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb