ANN.Az Teleqraf.com-a istinadən xəbər verir ki, səfir Lətif Qəndilovun parkın rəhbərliyi ilə keçirilmiş görüşündə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qız qalasının oxşarının bu turzim və istirahət obyektinin mərkəzi hissələrindən birində - Eyfel qülləsi və Paris Zəfər Tağının yaxınlığında inşa edilməsinə dair prinsipial razılaşma əldə edilib.
Hazırda maketin hazırlanması üzərində iş gedir.Qeyd edək ki, müxtəlif ölkələrin rəmzi sayılan abidələrin (Eyfel qülləsi, Nyu Yorkdakı Azadlıq abidəsi, Misir ehramları, Tac-Mahal, Ayasofya, Kreml və s.) kiçildimiş formalarının quraşdırıldığı Pekin Dünya parkını ildə 2 milyondan çox turist ziyarət edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !