Penitensiar Xidmət: “Leyla Yunus əsassız danışır”

13:18 | 04.09.2014
Penitensiar Xidmət: “Leyla Yunus əsassız danışır”

Penitensiar Xidmət: “Leyla Yunus əsassız danışır”

“Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusun saxlanma şəraiti barədə növbəti dəfə bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib. Y. İsakov bildirib ki, L. Yunusun saxlanma şəraiti ilə bağlı narazılıqları tamamilə əsassızdır: “Bakı İstintaq Təcridxanasındakı bütün təqsirləndirilən şəxslər “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulan hüquqlardan (telefon danışığı, tibbi yardım, vəkillərlə görüş, gəzinti, sovqat və banderol almaq) tam həcmdə istifadə edirlər. Təqsirləndirilən şəxs Leyla Yunusun beynəlxalq standartlara cavab verən müasir tipli təcridxanada məişət şəraiti ilə bağlı çatışmazlıqlar barədə bir müddət əvvəl irəli sürdüyü əsassız iddiaları kimi, guya ona qarşı təxribat hazırlanması barədə növbəti uydurma iddiası da yalnız ictimai fikri özünə cəlb etmək məqsədi güdür. Penitensiar Xidmət bir daha bəyan edir ki, hər hansı müəssisədə saxlanılan şəxslərin təhlükəsizliyi qanunvericiliklə qorunur. Təqsirləndirilən şəxslər və ya məhkumlar tərəfindən digərlərinə qarşı qeyri-insani rəftar yolverilməzdir və Penitensiar Xidmət tərəfindən buna tam təminat verilir. Leyla Yunusun səhhəti ilə bağlı iddialarına gəlincə, bildiririk ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri tərəfindən onun tibbi müayinədən keçirilməsi və zəruri müalicəsi təmin edilib”. Xatırladaq ki, Bakı İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə də Leyla Yunusa baş çəkmələri üçün müvafiq şərait yaradılıb və BQXK əməkdaşları tərəfindən onun saxlanma şəraitinə dair müəssisə rəhbərliyinə irad bildirilməyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti