"Pensiyalar hər ay qrafikdən əvvəl maliyyələşdirilir"

12:17 | 26.02.2016

"Pensiyalar hər ay qrafikdən əvvəl maliyyələşdirilir"

 "Pensiyaların maliyyələşdirilməsi hər ay qrafikdən əvvəl davam etdirilir".

"Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

Onun sözlərinə görə DSMF-nin kifayət qədər maliyyə dayanıqlığı var. Sədr xatırladıb ki, bu yaxınlarda parlamentdə DSMF-nin 2016-cı ili üzrə büdcəsində dürüstləşmə aparılıb və həmin dürüstləşmə Azərbaycan Prezidentinin tapşırığa uyğun olaraq özündə kifayət qədər əlavə maliyyə vəsaitinin ayrılmasını ehtiva edir.
"Ayrılacaq maliyyə vəsaiti həm dövlət büdcəsi, həm də DSMF-nin Sosial sığorta agentliyinin maliyyə hesabına təmin olunub. Bu isə onu deməyə əsas verir ki, pensiya sistemi kifayət qədər maliyyə dayanıqlığına malik olacaq. Hər ay pensiyalar qrafikdən əvvəl maliyyələşdirilir”, - deyə DSMF sədri bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM