“Peşəkarlar yetişməsə, Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilməyəcəyik”

13:38 | 14.10.2015
“Peşəkarlar yetişməsə, Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilməyəcəyik”

“Peşəkarlar yetişməsə, Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilməyəcəyik”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin fikrincə, Azərbaycanın peşə və ali təhsil istiqamətində ciddi islahatlar həyata keçirilməlidir.

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında çıxış edən deputat deyib ki, bu istiqamətdə müəyyən nümunələr də yaranır: "Bu təcrübəni genişləndirərək peşə məktəblərində, ali təhsil müəssisələrində tətbiq edə bilərik. Peşəkarlar yetişməsə, Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilməyəcəyik”.  
Deputat ölkəyə yatırılan investisiyalardan gəlirlərin gəlməməsi məsələsinə də toxunub:

"Onlar Azərbaycan büdcəsinə öz bəhrəsini gətirməlidir. Biz bunu ciddi müşahidə etmirik. Turizm sektorunu inkişaf etdirməklə, mehmanxanalardan gəlirlərin gəlməsi üçün sistemli işlər aparılmalıdır. Kənd təsərrüfatına yeni texnologiyaları tətbiq etmək, dünya təcrübəsini gətirmək lazımdır”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM