“Petya” virusunun yayılma mənbəyi bəlli oldu

20:20 | 29.06.2017
“Petya” virusunun yayılma mənbəyi bəlli oldu

“Petya” virusunun yayılma mənbəyi bəlli oldu

ESET şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, "Petya” virusunun yayılma mənbəyi Ukraynada geniş istifadə olunan yoluxmuş "M.E.Doc” mühasibatlıq proqramları olub. 

Anews.az xəbər verir ki, bu barədə lent.az "Russia Today” televiziyasına istinadən xəbər yayıb.

Virusa yoluxma yenilənmiş proqramları yüklədikdən sonra baş verib. Bundan sonra haker hücumu Avropa, Asiya və Amerika ölkələrinə qədər yayılıb.  

"İzvestiya” qəzeti isə xatırladır ki, korporativ şəbəkənin "Petya” virusu ilə yoluxması üçün cəmi bircə ədəd nasaz kompüterin olması kifayətdir. Bundan sonra proqram digər cihazlara da yayılmağa başlayır.

Əlavə edək ki, "Petya” virusunun ən böyük hücumun sayı Ukrayna, İtaliya və İsrailin payına düşüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb