Piyadanı vurub qaçan sürücü saxlanıldı

21:00 | 06.12.2018
Piyadanı vurub qaçan sürücü saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Dekabrın 5-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində yolu keçən Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub.

DİN-dən Anews.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-21074” markalı avtomobilin sürücüsü rayon sakini Elsevər Musayev saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb