Plyonka qadağası ləğv olunmayıb – AÇIQLAMA

09:56 | 18.11.2019
Plyonka qadağası ləğv olunmayıb – AÇIQLAMA

Plyonka qadağası ləğv olunmayıb – AÇIQLAMA

Vəkil Cavid Sultanov örtük çəkilən avtomobillərlə bağlı cərimənin BDYPİ tərəfindən ləğv edilməsi barədə yayılan informasiyanı əsassız hesab edir. 
 
E-huquq.az xəbər verir ki, bu barədə  C. Sultanov açıqlama yayıb. 
 
Açıqlamada bildirilir: 

"Son günlərdə sosial şəbəkələrdə BDYPİ-nin adından yazıldığı göstərilən müraciətin mətni yayılmışdır. Bununla bağlı aşağıdakıları bildirmək istəyirəm:
 
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına əsasən nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
 
"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin 7-ci bəndinin Qeyd hissəsinə əsasən işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir.
 
İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir.
 
Göründüyü kimi, noyabrın 15-dən sonra qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə məsuliyyət müəyyən edildiyindən və hazırda həmin normalar qüvvədə olduğundan icra olunmalıdır".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb