“Pole çudes”də Azərbaycan günü: mürəbbələr, neft və top VİDEO

09:08 | 16.12.2017
“Pole çudes”də Azərbaycan günü: mürəbbələr, neft və top VİDEO

“Pole çudes”də Azərbaycan günü: mürəbbələr, neft və top VİDEO

Azərbaycan Rusiyanın ən məşhur şousunda. İstiPress-in məlumatına görə,  "Birinci kanal”da yayımlanan "Pole çudes” verilişinin dekabrın 15-dəki buraxılışı Beynəlxalq çay gününə həsr olunub. "Azərçay" adıçəkilən verilişin baş sponsorlarından biridir. Bunun üçün də demək olar ki, bütün proqram boyu Azərbaycandan danışılıb. Çay haqqında maraqlı məlumatlar verilib, hətta elçilik mərasimində təqdim edilən şirinçayın hazırlanması qaydası da göstərilib. Hətta studiyaya hədiyyə gətirən veriliş əməkdaşları da milli geyimdə olublar. 

"Pole çudes"in yarışmaçıları da azərbaycanalılar olub. Onlardan biri də Azərbaycanın əməkdar artisti, məşhur şoumen və aparıcı Murad Dadaşov idi. "Superoyun”da da məhz o qalib gəlib.

Efir zamanı azərbaycanlı iştirakçılar Yakuboviçə Azərbaycana aid müxtəlif hədiyyələr təqdim ediblər. Murad Dadaşov isə "Pole çudes”in aparıcısı Leonid Yakuboviçə mürəbbə növləri, Azərbaycan nefti, Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" klubunun oynadığı topu və komandanın oyunçularının imzaladığı xüsusi futbolkanı hədiyyə edib.

Oktyabrda efirə gedən "Pole çudes” verilişində erməni dilində "Can Qarabağ” mahnısı səsləndirilmişdi. Həmin verilişdə Xankəndini Georgi Qasparyan təmsil etmişdi. O, barabanda hədiyyə sektoruna düşmüş, hədiyyəsini alandan sonra isə oxumaq istədiyini bildirmiş və "Can Qarabağ "mahnısını ifa etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM