Polis keçmiş arvadını və özünü küçədə güllələyib öldürdü - FOTOLAR

11:46 | 23.01.2023
Polis keçmiş arvadını və özünü küçədə güllələyib öldürdü - FOTOLAR

Polis keçmiş arvadını və özünü küçədə güllələyib öldürdü - FOTOLAR

Türkiyədə polis boşandığı həyat yoldaşını və özünü küçədə güllələyib.  Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
 
Məlumata görə, qadın hadisə yerində ölüb. Yaralanan şəxs isə xəstəxanada müalicə olunur.

Küçənin ortasında tərəflər arasında mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib. Dava zamanı polis kəmərindən çıxardığı silah ilə həyat yoldaşına 10 dəfə atəş açaraq öldürüb, daha sonra isə eyni silahla özünə atəş açıb.

Özünü güllələyən polis xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Cütlüyün mübahisəsinə səbəb 5 yaşlı oğullarının himayəçilik məsələsi olub.
 
Cütlük uşağa qəyyumluq etmək üçün uzun müddət mübahisə edib və daha sonra hadisə baş verib. 
 
Hadisədən sonra uşaq dövlət himayəsinə götürülüb. 
 
Aytac Zeynalova


www.anews.az
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM