• $
  • €
  • ₽
  • ₺
  • £

Ziyafət Əsgərov: “Parlament seçkilərində Azərbaycan nümunə göstərməlidir”

Ziyafət Əsgərov: “Parlament seçkilərində Azərbaycan nümunə göstərməlidir”
21.08.2015 16:38
"Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir”

"Bəzən bizə elə gəlir ki, hər şeyi bilirik. Elə deyil, yenə öyrənməliyik. Çünki yeni texnologiyalar, normalar meydana gəlir”.
 
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının  sədrləri üçün keçirilən müşavirədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. 
 
Z. Əsgərov bildirib ki, seçki hüquqlarının həyata keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir: "Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki,  bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir. Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkisində də Azərbaycan bir nümunə göstərsin. Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir”.
 
Ədliyyə nazirinin müavini Azər Cəfərov seçki qanunvericiliyindən, seçki dövründə seçki komissiyaları tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməli olan sənədlərdən, toplanan imzaların ekspertizasından danışıb. O, istintaq təcridxanalarında, həbsxanalarda cəza çəkən şəxslərin seçki hüququ məsələsinə də toxunub: "1995-ci ildən penitensiar müəssisələrdə seçkinin təşkili üçün dairə və məntəqə seçki komissiyaları ilə sıx əməkdaşlıq edilir. Seçki günü növbədə olan penitensiar xidmət əməkdaşları da orada səs verə bilərlər. Bundan öncəki parlament seçkilərində penitensiar müəssisələrdə səsvermə hüququ olanların 99 faizi səs verib, seçkilər yüksək səviyyədə keçirilib”.
 
A. Cəfərov nəzərə çatdırıb ki, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi  10, ondan sonra keçirilən seçkilərlə bağlı isə 1 qərar qəbul edib. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol