• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda üsul-idarə dəyişikliyinin – Səbəbi

Ermənistanda üsul-idarə dəyişikliyinin – Səbəbi
27.08.2015 10:41
Ermənistan kimi avtoritar, kriminal dövlətlərdə hakimiyyət və üsul-idarə  dəyişikliyi heç vaxt dövlət maraqlarına hesablanmır.
 
Bu sözləri Axar.az-a hazırda Ermənistanda ciddi şəkildə müzakirə olunan Konstitusiya islahatının həyata keçirilməsi ilə bağlı Serj Sərkisyanın təklifinə münasibət bildirərkən politoloq Ərəstun Oruclu deyib. O, Sərkisyanın bu istəyinin arxasında bəlli səbəblərin dayandığını bildirib:
 
"Konkret olaraq əsas məqsəd hazırkı hakimiyyəti əldə saxlamaq istəyi ilə bağlıdır. Çünki Sərkisyan artıq iki dəfə prezident seçilib və növbəti dəfə seçilməsi konstitusiyaya ziddir. Hazırda müəyyən islahatlar həyata keçirməklə Ermənistanda dəyişiklik etməyə çalışırlar. Görünür, ölkə rəhbərliyi hakimiyyəti qoruyub saxlamağın yeganə çıxış yolunu parlamentli respublikaya keçməkdə görüb. Çünki yalnız o təqdirdə Sərksiyan prezident olmasa belə, baş nazir postuna yiyələnəcək ki, nəticə etibarilə də bu yolla azı iki il hakimiyyətdə qala biləcək. Ermənistan tipli avtoritar, kriminal dövlətlərdə hakimiyyət və üsul-idarə dəyişikliyi heç vaxt dövlət maraqlarına hesablanmır. Hesab edirəm ki, bu hansısa şəxslərin və qrupların marağına uyğun olaraq atılmış bir addımdır”.
 
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Konstitusiya dəyişikliyi ilə bağlı Milli Şuraya layihə göndərib. Layihənin parlamentin sentyabrda başlayacaq ilk payız iclasında müzakirəsi gözlənilir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol