• $
  • €
  • ₽
  • ₺
  • £

Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ilə vurur

Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ilə vurur
07.09.2015 15:49
Biz ermənilərdən tam üstünük. 

Ermənilərin Dağlıq Qarabağ ərazisində heç bir hərbi hava qüvvələri yoxdur. Ancaq Ermənistanda var. Ermənistanda "Su-25” tipli təyyarələr, "Mi-24” helitopterləri var. Bizdə isə "Mi-35”, eyni zamanda ”Mi-17”, eləcə də "Mi-24”lərə isə modernizasiya edilir.

Bu barədə ANS-ə müsahibəsində Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirov bildirib.

Onun sözlərinə görə, ermənilərin Dağlıq Qarabağda yerləşdirdikləri hava hücumundan müdafiə sistemlərinin tərkibində "Kruq”, "Kub” və "Osa” zenit-raket kompleksləri var.

""Kruq” və "KUB” köhnə nəsil zenit-raket kompleksləridir. Sovet dönəmində onların əvəzinə "Buk” müasir zenit-raket komplekslərinin istehsalına başlanılıb. Hazırda Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin arsenalında "Buk”, ermənilərdə isə "Kruq” və "Kub” var. Hava müdafiəsi zamanı "Kruq” və "Kub” sistemlərindən istifadə etmək çox çətindir, tez-tez sıradan çıxır və s. Ermənistanda "S-300” PS və PT zenit-raket kompleksləri var. Bu raketlər Dağlıq Qarabağa yerləşdirilməyib. Azərbaycan ordusunda isə S-300 PMU2 "Favorit” zenit-raket kompleksləri var”, - deyə, general bəyan edib.

Onun sözlərinə görə, 1980-ci illərdə istehsal olunan "S-300” PS və PT zenit-raket kompleksləri hədəfi maksimum məhv etmə məsafəsi 75 km-dir. "S-300 PMU2” "Favorit” zenit-raket komplekslərinin hədəfi məhv etmə məsafəsi 200 km-dir.

"Sadəcə müqayisədə görə bilərsiniz ki, texnikanın səviyyəsində biz üstünük. Şəxsi heyətin bacarığı isə daha da güclüdür. Bunun sübutu olaraq ötən ilə Azərbaycanın zenit-raket atıcısı düşmənin bir ədəd "Mi 24” döyüş helikopterini Qarabağda məhv edib. Hazırda Azərbaycan ordusunun arsenalında olan "Buk” və S-125 zenit-raket kompleksləri ilə Ermənistanın pilotsuz uçuş aparatları məhv edilir.

Amma Ermənistan Azərbaycanın pilotsuz uçuş aparatlarını vura bilmir. Halbuki, hər gün Azərbaycanın pilotsuz uçuş aparatları uçuşlar həyata keçirir. Onların bununla bağlı məlumatları var. Əlimizdə onlarla bağlı bütün məlumatlar var. Məlumatlar əsasında lazımi tədbirlər görülür”, - deyə, komandan vurğulayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol