• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan ilə bağlı qəbul edilmiş qətnamə qərəzlidir”

“Azərbaycan ilə bağlı qəbul edilmiş qətnamə qərəzlidir”
11.09.2015 12:12
"Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin kökündə dövlətin və xalqın mənafeyi dayanır”

"Avropa Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edirəm. İnsanda belə bir təəssürat yaranır ki, Avropanın bu mötəbər qurumu sanki, anti-Azərbaycan xəstəliyinə tutulub. Azərbaycanın postsovet məkanının, eləcə də Avropanın özünün ən uğurlu dövlətlərindən biri olduğunu sözügedən qətnamənin qəbul olunmasına səs vermiş parlament üzvləri yaxşı bilirlər. Onların çoxu ayrı – ayrı vaxtlarda Bakıda olmuş, Azərbaycanın qısa zaman kəsiyində nə qədər sürətlə inkişaf etməsindən, yeniləşməsindən və iqtisadi cəhətdən güclənməsindən heyrətə gəldiklərini dilə gətirmişlər”. "Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni AZƏRTAC-a şərh edərkən bildirib.

Azərbaycan vətəndaşlarının Avropa Parlamentinin anti - Azərbaycan mövqeyindən dərindən təəssüfləndiyini bildirən Əli Əhmədov deyib: "Bu, insanlarımızın Avropa dəyərlərinə inamını sarsıdır. Onsuz da Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var”.

YAP-ın sədr müavini vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin kökündə dövlətin və xalqın mənafeyi dayanır: "Milli mənafelər Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha vacib və daha əhəmiyyətlidir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol