• $
  • €
  • ₽
  • ₺
  • £

İraqın xarici işlər naziri: "İraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir"

İraqın xarici işlər naziri: "İraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir"
30.09.2015 10:24
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı İbrahim Əl-Cəfəri rəsmi səfərlərin əlaqələrin inkişafına müsbət təsirindən danışaraq iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin vacib olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Əl-Cəfəri İraqın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyən Əl-Cəfəri Azərbaycan ilə terrorçuluqla mübarizə üzrə əməkdaşlığın genişləndirilməsində ölkəsinin maraqlı olduğunu söyləyib.

Nazir Elmar Məmmədyarov tarixən Azərbaycan və İraq xalqları arasında dost münasibətlərin olduğunu xatırladaraq, Bağdad və Bakı arasında birbaşa uçuşların fəaliyyətə başlamasının iki ölkə arasındakı əməkdaşlığa önəmli töhfə verəcəyini bildirib.

Azərbaycanın ərazi bütövlü və suverenliyinin beynəlxalq formatlarda, eləcə də BMT Baş Assambleyasında İraq tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

İki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən Elmar Məmmədyarov iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə hər iki ölkənin işgüzar dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin və birgə biznes forumların keçirilməsinin vacib olduğunu qeyd edib. Azərbaycanın xüsusilə enerji sahəsində İraq ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.

Elmar Məmmədyarov iraqlı həmkarını Azərbaycana səfərə dəvət edib. İraq naziri dəvəti məmnuniyyətlə qəbul edib.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol