• $
  • €
  • ₽
  • ₺
  • £

Manvel Sarkisyan: Azərbaycanın siyasi xətti mövcuddur

Manvel Sarkisyan: Azərbaycanın siyasi xətti mövcuddur
30.09.2015 11:20
Bir neçə il öncə ATƏT-in sammitində Ermənistan bəyan etmişdi ki, əgər Azərbaycan müharibəyə başlayarsa, o zaman Ermənistan Dağlıq Qarabağı tanıyacaq və ona yardım edəcək.

Sonra Ermənistan Avrasiya İttifaqına daxil olarkən, Serj Sarkisyan üzündə təəccüb ilə: Kim dedi ki, Qarabağ Ermənistanındır? deyə sualını verdi. İndi vəziyyət kəskinləşib və o, bəyan edir ki, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir.

Buna necə ciddi yanaşmaq olar? Hələlik heç bir həll yoxdur, Ermənistan diplomatiyasında bu qəbildən olan bəyanatların dəyəri yoxdur.

Oxu.Az lragir.am-a istinadən xəbər verir ki, bu barədə Erməni milli və strateji araşdırmalar mərkəzinin direktoru Manvel Sarkisyan, Ermənistan prezidentinin Qarabağın Ermənistanın ayrılmaz hissəsi olmasına dair bəyanatını şərh edərkən söyləyib.

Sərhəddə gərgin vəziyyətdən danışarkən, politoloq qeyd edib ki, Azərbaycanın Ermənistandan fərqli olaraq siyasi xətti mövcuddur.

"Ermənilər mütəmadi olaraq cəza konseptinə yaxınlaşırlar. Əslində bu cəzanın nə nəzərdə tutduğunu bilmirəm. Hansısa terminlərdən istifadə edirlər, bu isə onların cəzanın məğzinin nədən ibarət olduğu barədə təsəvvürlərinin olmadığını göstərir. İndi hər şey sadəcə havada asılı qalıb.

Ermənistan siyasət aparmır, bu isə Azərbaycana ağır silahdan istifadə etməyə imkan yaradır. Bu, Rusiya siyasətinin Ermənistanda adekvat cavab almamasının nəticəsidir.  

Qınamaq nə deməkdir? Bu, uşaq bağçası deyil. Ermənistan sadəcə Rusiyaya qarşı elə bir siyasət yürütməlidir ki, o, Azərbaycana silah satmazdan öncə yüz dəfə ölçüb-biçsin.

Belə siyasət aparılmayıb, əksinə, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının təlimlərindən danışılır.

Sərhəddə müharibədir, Kollektiv təhlükəsizlik Müqaviləsi təşkilatı isə təlimlər keçirir və müharibəyə dair heç bir bəyanat verməyib. Belə şəraitdə hakimiyyət Kollektiv təhlükəsizlik Müqaviləsi təşkilatına Ermənistana girməyə necə icazə verib?

Yəni, bu Rusiyanın siyasətinin davamıdır, bu isə Azərbaycana öz mövqelərini möhkəmləndirməyə imkan verəcək”, - Sarkisyan deyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol