• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb

Prezident: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb
30.09.2015 21:33
Azərbaycan prezidenti İlham Əliyev VI Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısının müraciətində deyilir:
 
"Hörmətli forum iştirakçıları!  VI Rusiya-Azərbaycan Regionlararası Forumunun işə başlaması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əlamətdar haldır ki, bu il həmin forum Yekaterinburqda – ölkəmizlə ənənəvi sıx ticari-iqtisadi və humanitar əlaqələri olan Sverdlovsk vilayətinin inzibati mərkəzində keçirilir. Bu əlaqələrin qorunub saxlanmasında və möhkəmlənməsində regionun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən çoxsaylı Azərbaycan diasporunun nümayəndələri mühüm rol oynayır.
 
Fərəhli haldır ki, regionlararası forumlar nisbətən qısa zaman kəsiyində özünün həyat qabiliyyətini və səmərəliliyini sübut edib. Bu forumlar haqlı olaraq tələbat duyulan elə məkan hesab edilir ki, orada mövqelər əlaqələndirilir, birgə fəaliyyət üçün səylər cəmləşir, işgüzar əlaqələr tənzimlənir və onların genişləndirilməsi perspektivləri müzakirə edilir. Başqa sözlə desək, bu görüşlərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələr yaratmağa imkan verən konstruktiv və açıq dialoq aparılır.
 
Forumun formatı ticari-iqtisadi və investisiya tərəfdaşlığından başlamış humanitar sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin geniş dairəsini nəzərdən keçirməyə imkan verir. Təqdirəlayiq fakt ondan ibarətdir ki, bu dəfəki tədbir çərçivəsində hər iki tərəfdən olan tələbələrin, gənc alimlərin və sahibkarların iştirakı ilə ayrıca "dəyirmi masa” təşkil edilib. Bu cür dialoq platforması həm əməkdaşlığın daha səmərəli formalarını və istiqamətlərini axtarmağa kömək edir, həm də gənclər arasında yeni dostlar və həmfikirlər qazanmağa şərait yaradır. Sirr deyil ki, dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişaf perspektivləri məhz yüksək intellektə və kommunikabelliyə malik olan bugünkü gənc nəsildən asılıdır.
 
Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək məmnunluqla qeyd etmək olar ki, birgə səylərimiz sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. 
Əminəm ki, sizin nüfuzlu forumunuz inteqrasiya proseslərinin dərinləşməsinə və iki ölkənin daha da yaxınlaşmasına yeni təkan verəcək”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol