• $
  • €
  • ₽
  • ₺
  • £

Separatçı rejim AŞPA məruzəçisini Dağlıq Qarabağa buraxmadı

Separatçı rejim AŞPA məruzəçisini Dağlıq Qarabağa buraxmadı
03.10.2015 16:28
Robert Volterin müraciətinə mənfi cavab verilib.

AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağa səfər etmək barədə müraciətinə Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı rejim tərəfindən mənfi cavab verilib.

APA-nin məlumatına görə, bu barədə özünü Dağlıq Qarabağdakı separatçı rejimin "xarici işlər nazirinin müavini” adlandıran Armine Aleksanyan "Azadlıq” radiosuna müsahibəsində deyib.
 
Onun sözlərinə görə, R.Volter bu il sentyabrın 22-də onlara məktubla müraciət edərək, hesabat hazırlamaq üçün Qarabağa səfər etməsinə şərait yaradılmasını istəyib. Lakin müraciət qəbul olunmayıb.
 
Separatçı rejimin nümayəndəsi əsasən hesabatın "Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlandırılmasına etiraz etdiklərini deyərək, bu adın münaqişənin yalnız tək tərəfin mövqeyini ifadə etdiyini bildirib.
 
Xatırladaq ki, R. Volter  "Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı hesabat hazırlamaq üçün sentyabrın 15-də Azərbaycan tərəfdən Dağlıq Qarabağa - təmas xəttinə fakt-araşdırıcı səfər edib.
 
Onun yaxın vaxtlarda təmas xəttinin digər tərəfinə səfər edəcəyi bildirilirdi. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol