• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Azərbaycanla yeni müharibəyə başlayır

Rusiya Azərbaycanla yeni müharibəyə başlayır
09.10.2015 10:24
Gürcüstan Rusiyadan daha çox təbii qaz əldə etmək niyyətindədir.
 
ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın baş nazirin müavini, energetika naziri Kaxa Kaladze açıqlama verib.

Azərbaycanın Gürcüstanı təbii qazla ən çox təmin edən ölkə olduğunu deyən Kaladzenin sözlərinə görə, Azərbaycandan qazın tədarükündə bır sıra problemlə mövcuddur.

Nazir bildirib ki, əgər Gürcüstan Rusiyadan daha çox təbii qaz əldə etsə və belə olan təqdirdə bu istiqamətdə Azərbaycanla Rusiya arasında rəqabət yaransa, bu daha müsbət nəticələr verəcək.

"Rusiyadan təbii qazın tədarükü üçün kommersiya operatorları, bir sıra şirkətlərlə müzakirələr aparılıb. Bundan başqa Gürcüstan ərazisindən keçən Rusiya təbii qazının həcminin artırılmasının mümkünlüyü barədə "Qazprom" şirkətinin rəsmiləri ilə Brüsseldə fikir mübadiləsi aparılıb. Bu bizim üçün çox vacib məsələlərdən biridir", deyə Kaxa Kaladze bildirib.

Daha əvvəl isə Kaladze bəyan etmişdi ki, Gürcüstan 2008-ci ilin avqusta ayında müharibə şəraitində olarkən belə Rusiyadan təbii qaz alırdı, indi də alır və bundan sonra da alacaq.

Gürcüstanı təbii qazla təmin edən əsas ölkə Azərbaycandır. Neftegaz saytının məlumatına görə, Rusiya isə Ermənistana nəql edilən təbii qaza görə tranzit ölkə kimi Gürcüstanı qazla təmin edir. Rusiya və Gürcüstan arasında əldə olunan razılığa əsasən qazın hər 1000 kubmetrinə görə 110 dollar ödənilir. Bununla yanaşı, Rusiya hələn ilin yanvarın 1-dən Ermənistana nəql etdiyi qazın qiymətini 189 dollardan 165 dollara endirəcək.

Gürcüstanın milli statistika agentliyi Geostatın məlumatına görə, Azərbaycan qazı Tiflis üçün Ermənistana nəql edilən güzəştli Rusiya qazından daha ucuz başa gəlir. 2014-cü ildə Gürcüstan Şahdəniz 1"dən" 55 dollardan ümumilikdə 250 milyon kubmetr, "Şahdəniz 2"-dən isə 64 dollardan 500 milyon ton təbii qaz alıb.

Bununla yanaşı, Azərbacyan Gürcüstanı neft və benzinlə də təmin edir. ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Energy Georgia MMC 2006-cı ildə qurulub. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 700 milyon ABŞ dollarıdır.

Rusiya da Gürcüstana təbii qaz nəqlində maraqlıdır. Kaxa Kaladzenin son açıqlaması da ondan xəbər verir ki, Gurcustanda enerji sahəsində Rusiya Azərbaycanla yeni enerji müharibəsinə başlayır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol