• $
  • €
  • ₽
  • ₺
  • £

Erkin Qədirli namizədliyini geri götürdü

Erkin Qədirli namizədliyini geri götürdü
15.10.2015 10:22
REAL hərəkatının üzvü Erkin Qədirli parlament seçkilərində namizədliyini geri götürüb.

Bu barədə AzadlıqRadiosuna hərəkatdan iqtisadçı Natiq Cəfərli məlumat verib. Erkin Qədirli 16 saylı Yasamal İkinci seçki dairəsindən namizədliyini verib qeydiyyatdan keçmişdi. Natiq Cəfərli deyib ki, Erkin Qədirli hələ oktyabrın 13-də namizədliyini geri götürmək istəyirdi: "Çünki Ali Məhkəmənin İlqar Məmmədovla bağlı qərarını çox ədalətsiz bir qərar kimi qəbul edirdi və heç cür həzm edə bilmirdi. Deyirdi ki, belə bir şəraitdə seçkilərə getmək olmaz”.

Natiq Cəfərli deyib ki, Erkin Qədirli bu məsələ ilə bağlı özü də açıqlama vermək niyyətindədir. 

Yada salaq ki, oktyabrın 13-də Ali Məhkəmədə verilən qərarda Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək işi yenidən həmin məhkəməyə qaytarılıb.

2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il azadlıqdan məhrum edilmişdi. İlqar Məmmədov İsmayıllı hadisələri vaxtı kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurdu.

Avropa İnsan Haqları Məhkəməsi və Avropa Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı iki qətnamə qəbul edib. Hər iki sənəddə İlqar Məmmədovun təcili azadlığa buraxılması nəzərdə tutulur və Azərbaycan hökuməti buna çağrılır.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol