• $
  • €
  • ₽
  • ₺
  • £

Brayza: Prezidentlərin görüşü nəticə verməyəcək

Brayza: Prezidentlərin görüşü nəticə verməyəcək
19.10.2015 15:53
"Rusiyaya da müharibə lazım deyil”.

Azərbaycan və Ermənistan Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qarşıdakı görüşü heç bir nəticə verməyəcək.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, qarşıdakı görüşdən sonra münaqişənin nizamlanmasında sıçrayış gözləməyə dəyməz: 

"Tərəflər arasında etimad olmayanadək sülhə nail olmaq mümkün deyil. Görüşün nəticə verəcəyinə dair heç bir şans görmürəm, lakin etimadın yaradılmasına başlamaq üçün görüş baş tutmalıdır ki, bu da özlüyündə çətin və uzun prosesdir”.

M.Brayza qeyd edib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, onu tərəflərə manipulyasiya etməyə imkan verən "nə sülh, nə də müharibə” vəziyyəti qane edir: 

"Rusiyaya da müharibə lazım deyil. Hazırda irəliləyiş üçün şanslar yoxdur”.

Diplomat əlavə edib ki, Azərbaycan mövcud vəziyyətdə ölkənin möhkəmləndirilməsi kursunu davam etdirməli¸ bəzi islahatlar aparmaq, iqtisadiyyatın səmərəliliyini gücləndirmək üçün neftin qiymətlərinin azalması dövründən istifadə etməlidir: 

"Azərbaycan insanların həyat səviyyəsinin yaxşılaşdığı uğurlu, müstəqil, zəngin ölkədir. Azərbaycan möhkəmlənməyə davam etməlidir”.

M.Brayza diqqətə çatdırıb ki, Ermənistan indiki vəziyyətdə Rusiyadan, rus sərmayələrindən və energetikasından asılılığını azaltmalıdır:

"Rusiya Ermənistanın bütün əsas infrastrukturuna sahibdir ki, bu da Sarkisyanın bu ölkə qarşısında mövqeyini çox zəif edir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol