• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda seçkiqabağı təşviqat başa çatdı

Azərbaycanda seçkiqabağı təşviqat başa çatdı
31.10.2015 10:00
Təşviqat oktyabrın 9-da başlayıb.

Azərbaycanda noyabrın 1-nə təyin edilən Mili Məclisə seçkilərdə iştirak edəcək deputatlığa namizədlərin seçkiqabağı təşviqat müddəti bu gün saat 08:00-da başa çatıb.

ANS PRESS-in məlumatına görə, V çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - oktyabrın 9-da başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Təşviqatı qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, namizədi qeydə alınan siyasi partiyaların, siyasi patiyaların bloklarının, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin aparma hüququ var idi.

Seçki prosesini izləməyə gələn beynəlxalq müşahidəçilər artıq Bakıdadır.

Ümumilikdə Azərbaycanda keçiriləcək parlament seçkilərini 500-dən çox beynəlxalq müşahidəçi izləyəcək. Bir müddət əvvəl parlamentin spikeri Oqtay Əsədov jurnalistlərə açıqlamasında deyib ki, MDB ölkələrindən ancaq 20 müşahidəçi olacaq. Daha 43 nəfər Avropa Şurası Parlamenti Assambleyası, 27 nəfər isə Avropa Şurasıdan olacaq. 

Spiker onu da əlavə edib ki, Azərbaycanda 22 beynəlxalq təşkilat var. Bu isə kifayət qədərdir. "Onlar seçkidə iştirak edəcəklər, bu bəsdir". 

Ümumilikdə noyabrın 1-də baş tutacaq parlament seçkilərində 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol