• $
  • €
  • ₽
  • ₺
  • £

MSK son 4 seçki dairəsinin liderlərini açıqladı

MSK son 4 seçki dairəsinin liderlərini açıqladı
02.11.2015 09:46
35 saylı Xətai Seçki Dairəsində hələ lider namizəd birmənalı müəyyənləşməyib.

Noyabrın 1-də Milli Məclisə keçirilən V çağırış seçkilərdə qalan 3 seçki dairəsi üzrə lider namizədlər müəyyənləşib, bir seçki dairəsində lider namizədlə bağlı məsələ isə hələ tam aydınlaşmayıb. 

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin yaydığı məlumata görə, saat 04:00-a qədər 118 saylı Ağdam şəhər Seçki Dairəsi  üzrə 46 seçki məntəqəsindən 21 seçki məntəqəsi (45 faiz) hesabat verib.

Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Bəxtiyar Əliyev hesabat verilən məntəqələrdə səslərin 68 faizini (3478) toplayıb. Ən yaxın namizəd Gülnar Abbasova 728 səs toplayıb və 118 saylı Ağdam şəhər Seçki Dairəsində qalan seçki məntəqələri üzrə səslərin sayılmasından sonra lider namizədin dəyişməsi gözlənilmir.

121 saylı Laçın Seçki Dairəsində də hakim partiyanın namizədi Mahir Abbaszadə 75,2 faiz, yəni 5 min 569 səslə lider mövqeyindədir. Bu seçki dairəsində 102 məntəqədən 35 seçki məntəqəsi hesabat verib. M. Abbaszadəyə ən yaxın namizəd bitərəf Mayıl İlyasovdur.  

M. İlyasov 35 seçki məntəqəsində yalnız 594 səs toplayıb. Kəskin səs fərqi səbəbindən bu dairədə də seçki məntəqələrinin hamısının hesabat verməsindən sonra lider namizədin dəyişməsi gözlənilmir.

54 saylı Şabran–Siyəzən Seçki Dairəsində YAP-ın namizədi Tahir Süleymanov 70 seçki məntəqəsindən 17 seçki məntəqəsinin hesabat verməsindən sonra lider mövqeyindədir. T. Süleymanov 71,2 faiz, yəni 3398 səslə birinci yerdə qərarlaşıb. Hesabat verən məntəqələrin sayı cəmi 17 olsa da, T. Süleymanova ən yaxın bitərəf namizəd Elza Qasımova (Seyidcahan) cəmi 610 səs toplayıb.

Bu da bu seçki dairəsində lider namizəd T. Süleymanovun seçki məntəqələrinin hamısının hesabat verməsindən sonra da mövqeyini dəyişməyəcəyini göstərir.

35 saylı Xətai Seçki Dairəsi üzrə 33 seçki məntəqəsindən 6 seçki məntəqəsi, yəni seçki məntəqələrinin cəmi 18 faizi hesabat verib.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 6 seçki məntəqəsinin hesabatına əsasən 44,7 faiz, yəni 1817 səslə birinci yerdə qərarlaşıb. Ümid Partiyasının sədri İqbal Ağazadə 1078 səslə ikinci yerdə qərarlaşıb.  

Seçki məntəqələrinin yarısı, yaxud yarıdan çoxu hesabat vermədiyi, birinci və ikinci yerdə qərarlaşan namizədlər arasında səs fərqi kəskin olmadığı üçün bu seçki dairəsi üzrə lider namizədlə bağlı məsələ hələ birmənalı müəyyən deyil. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol