• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Minsk Qrupuna - CAVAB

XİN-dən Minsk Qrupuna - CAVAB
12.11.2015 21:06
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 12 noyabr 2015-ci il tarixli açıqlamasına münasibət bildirib. 

XİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Hikmət Hacıyev qeyd edib ki, açıqlamada həmsədrlər münaqişənin həllinə maraq göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını iddia edir və münaqişə tərəfi olan Azərbaycan və Ermənistanın mövqeyi üzrə hakim və ya vəkil olmadıqlarını deyirlər.
 
"Danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edən Minsk Qrupunun həmsədrlərinin Avropa Şurasının Parlament Assambleyasının müvafiq hesabatına və qətnaməsinə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə əlaqədar fundamental sənədlərinə münasibəti əslində onların digər beynəlxalq qurumlarla əməkdaşlığa nə dərəcədə "hazırlığı”nı bir daha göstərdi.
 
Həmsədrlərdən hakim və ya vəkil olmaq deyil, sadəcə danışıqlar prosesində münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının sənədləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyəti qərarlarının icrasını təmin etmələri tələb olunur.
 
Bu sənədlər, xüsusilə BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələri münaqişənin həllinin hüquqi-siyasi əsaslarını təşkil edir. 
 
Xatırlatmaq istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələrini, ATƏT Budapeşt sammitinin qərarlarını əsas götürməli, BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər. 
 
İşğal və təcavüz faktı mövcud olduğu halda, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar tərəflərin qərar qəbul etməli olması haqqında bəyanatla çıxış etmək məsuliyyətdən qaçmaq və beynəlxalq ictimaiyyətin verdiyi mandat və etimada xilaf çıxmaqdan başqa bir şey deyildir. ATƏT-in Minsk Qrupunun bu cür mövqeyi yalnız Ermənistanın maraqlarına xidmət edərək, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsini və həmsədr ölkələrin dövlət başçılarının müvafiq bəyanatlarında qəbuledilməz və qeyri-davamlı hesab etdikləri mövcud status kvonun saxlanmasını təmin edir.
 
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 ildən artıq dövrü əhatə edən uğursuz fəaliyyətdən, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətinin gözündə etimadlarını itirmələrindən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib.
 
Azərbaycan Respublikası münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətində olan beynəlxalq təsisatlarla təmaslarını davam etdirəcək və BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək”, deyə Hikmət Hacıyev qeyd edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol