• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Böyük Britaniya nümayəndə heyətini qəbul edib

Prezident Böyük Britaniya nümayəndə heyətini qəbul edib
13.11.2015 16:00
Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi, "Senate Consulting Ltd” şirkətinin təsisçisi, "Discover Azerbaijan: Baku 2015 edition” kitabının layihə direktoru Lord Devid Evans, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi, Böyük Britaniya parlamentinin üzvləri - Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiff, Stefn Ceyms Makkabe, Patrisia Skotland və "Senate Consulting Ltd” şirkətinin icraçı direktoru Karolin Minşelin yer aldığı nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına və uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
 
Prezident İlham Əliyev əməkdaşlığımızın kifayət qədər geniş istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə etdiyini vurğulayaraq ölkələrimiz arasında parlamentlərarası əlaqələrin də böyük əhəmiyyət daşıdığını deyib.
 
Lord R. Rizbi isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Qonaq Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq məsələlərə dair fikirlərinin onlar üçün hər zaman böyük maraq doğurduğunu deyib.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol