• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd xarici səfir Bakıda Azərbaycan dilini öyrənir

Dörd xarici səfir Bakıda Azərbaycan dilini öyrənir
24.11.2015 19:45
 Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Azərbaycanda yaşayan xarici vətəndaşların Azərbaycan dilini düzgün və rahat mənimsəməsi məqsədilə dil kursları fəaliyyət göstərir.

Mərkəzdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, kurslara xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərinin əməkdaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və işçiləri, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi şəxslər maraq göstərir.
Kurslara birinci mərhələdə Kuba, Serbiya, İspaniya Respublikalarının, Niderland Krallığının ölkədə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirləri, həmçinin, digər səfirliklərin əməkdaşları qatılıb.

İkinci mərhələdə dərslərdə Avstriya Respublikasının Azərbaycandakı konsulu və səfir müavini, Braziliya səfirliyinin əməkdaşları, Bakıda yaşayan bir neçə Braziliya vətəndaşı və Pakistan səfirliyinin hərbi ataşşesi iştirak edir.

Kurslara ən çox maraq göstərən qeyri-rezidentlər Rusiya səfirliyinin əməkdaşlarıdır. Çoxluq təşkil etdiyi səbəbindən onlar ayrıca, böyük qrupda dərslərə qatılır.

Tərcümə Mərkəzindən bildirilib ki, kurslara Hindistan, Yaponiya, Türkmənistan və Tacikistan Respublikalarının Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları və ölkədə yaşayan ayrı-ayrı vətəndaşlar da maraq göstərir, hazırda mərkəz yeni qrupların təşkili üzrə işlər aparır.

Kurslar interaktiv və praktiki formatda təşkil edilir. Dərslər, əsasən şifahi danışıq dilinin və yazı mədəniyyətinin mənimsənilməsi istiqamətində həyata keçirilir və tədris zamanı ölkəmizin mədəniyyəti, rəmzləri, xalqımızın adət-ənənələri və tarixi həqiqətlərini əsk etdirən mövzulara müraciət edilir.

Qeyd edək ki, kursların müddəti 6-12 aydır. Məşğələlər dəsr müddəti 1,5 saat olmaqla, həftədə 2 dəfəTərcümə Mərkəzinin inzibati binasında keçirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol