• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev ötən il 693 sərəncam imzalayıb

İlham Əliyev ötən il 693 sərəncam imzalayıb
11.02.2016 12:41
Azərbaycan Prezidenti İlham Əliyev ötən il 263 qanun, 285 fərman və 693 sərəncam imzalayıb.

"Report"un məlumatına görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" adlı təhlili məqaləsində bildirib. 

Məqalədə qeyd olunub ki, sənədlərin böyük əksəriyyəti bilavasitə ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsinə, iqtisadi və siyasi idarəçiliyinin tənzimlənməsinə, əhalinin sosial müdafiəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənib: "Xüsusilə son vaxtlar korrupsiyaya, vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsinə, həmçinin ayrı-ayrı qruplar tərəfindən ictimai asayişin pozulmasına, dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə, həyatın bütün sahələrində nizam-intizamın və qayda-qanunun möhkəmləndirilməsinə yönəldilmiş normativ hüquqi aktların qəbul edilməsi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Azad, demokratik, hüquqi dövlətin əsaslarını möhkəmlətmək, dini ekstremizmin və ayrı-seçkiliyin qarşısını qətiyyətlə almaq üçün ölkə Prezidentinin atdığı addımları dünya ictimaiyyəti də müsbət qarşılayıb".
S.İsmayılov qeyd edib ki, Azərbaycan xalqı bütün çətin məqamlarda ölkə rəhbərinin böyük dəstəyini görüb, hiss edib, onun ətrafında daha sıx birləşərək xalqla iqtidar birliyinin sarsılmaz olduğunu nümayiş etdirib: "Bu birlik və dəstək ölkə vətəndaşlarının Azərbaycan Prezidentinə ünvanladıqları saysız-hesabsız minnətdarlıq məktublarında öz əksini tapıb.
Məktublarda tez-tez vurğulanan fikirlərdən biri də ondan ibarətdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, parçalanmadan xilas etmişdisə, onun layiqli varisi Prezident İlham Əliyev çağdaş dünyamızda cərəyan edən qlobal proseslərdən, iqtisadi və siyasi böhranlardan, tənəzzüldən qurtararaq ölkəmizdə sürətli inkişafı və sabitliyi bərqərar etmiş, ən yeni tariximizə şanlı səhifələr yazmış və yazmaqdadır”,.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, minnətdarlıq məktublarının əksəriyyətində vətəndaşlar ölkə Prezidentini xalqa sevdirən yüksək keyfiyyətləri vurğulayır, ona olan ehtiramlarını ifadə edirlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol