• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın nümayəndə heyəti İsraildə ən yüksək səviyyədə qəbul edilib

Azərbaycanın nümayəndə heyəti İsraildə ən yüksək səviyyədə qəbul edilib
13.02.2016 17:01
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə sözügedən komitənin sədr müavini Sevinc Fətəliyeva, Komitənin və parlamentin İsraillə dostluq qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun sədri Yevda Abramov və Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyeva İsrail parlamentinin dəvəti ilə bu ölkədə səfərdə olublar. 

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində İsrail prezidenti Ruvi Rivlin, Knessetin (İsrail parlamenti) spikeri Yuli-Yoel Edelşteyn, İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbi, İsrail-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, "İsrail bizim evimizdir” partiyasının rəhbəri Aviqdor Liberman, İsrail XİN-in Yaxın Şərq bürosunun və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Amir Veissbrod, XİN-in Siyasi rəhbəri Alon Uşpiz, XİN-in Avro-Asiya və Balkanlar üzrə Baş direktorunun müavini Zvi Rav-Ner, həmçinin İsrail parlament qruplarının, lobbilərinin  rəhbərləri və üzvləri ilə görüşüblər. 

İsrail prezidenti ilə görüşdə Azərbaycan nümayəndə heyəti ona BMT-də Xocalı soyğırımı ilə bağlı çıxışına və ölkəmizin mövqeyini dəstəklədiyinə görə təşəkkür ediblər. 

Görüşlərdə İsrail-Azərbaycan münasibətləri ətraflı müzakirə edilib. İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndiriblər. Onlar Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində, çoxşaxəli, o cümlədən, iqtisadi əlaqələrin inkişafında, Azərbaycanın multikultural dəyərlərinin yayılması sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. 


Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən və həyata keçirən mərkəzlərlə tanış olmaq imkanı yaradılıb. 

Qeyd edək ki, iki dövlətin münasibətləri tarixində ilk dəfə olaraq Azərbaycan Milli Məclisinin nümayəndə heyəti  Knessetin dəvəti ilə İsraildə rəsmi səfərdə olub.
 

 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol