• $
  • €
  • ₽
  • ₺
  • £

“Qazandığımızdan az xərcləməliyik” - İlham Əliyev

“Qazandığımızdan az xərcləməliyik” - İlham Əliyev
14.02.2016 10:30
"Azərbaycan siyasəti ondan ibarətdir ki, biz qazandığımızdan az xərcləməliyik”.

"Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.

Onun sözlərinə görə, ən böyük investisiya layihələri, o cümlədən, enerji layihələri Azərbaycanın və tərəfdaşlarının öz resursları sayəsində həyata keçirilir:
"Ona görə də biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik. Nəzərə alsaq ki, bu müddət ərzində Azərbaycan əsaslı maliyyə resursları toplayıb, hətta neftin qiymətinin kəskin düşməsi bizim iqtisadiyyatımıza təsir edə bilməz. Ötən il biz ÜDM-də 1 faizdən artıq artım və qeyri-neft sektorunda 8 faizdən artıq artım əldə etdik. Bu iqtisadiyyatın şaxələndirməsi və qeyri-neft sektoruna qoyulan vəsait sayəsində baş verdi. Təbii ki, regiondakı ümumi vəziyyət də bizim üçün vacibdir. Dayanıqlı inkişaf bizim məqsəd və hədəfimizdir. İqlim təhlükəsizliyinə gəldikdə isə, bayaq dediyim kimi, bizim Kioto protokolu qarşısında öhdəliyimiz yoxdur. Lakin bizim iqtisadi siyasətimiz, alternativ enerji mənbələrinə investisiyamız, 10-dan artıq hidroelektrik stansiyalarının tikilməsi, bizim bu sahədəki töhfələrimizin göstəricisidir. Əgər biz bu gün tərəfdaşlarımızla birlikdə neft və qaza investisiya qoymasaydıq, bu gün bizim elektrik stansiyalarımız, Sovet dövründəki kimi, mazut yandırmaqla istismar olunardı. Bu gün bizim bütün elektrik stansiyalarımız təbii qaz və ya su ilə işləyir. Bu neft və qaz sahəsinə edilən yatırım sayəsində oldu ki, nəticədə, karbon qazı tullantıları azaldı. Bunlar hamısı bir-biri ilə bağlıdır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol