• $
  • €
  • ₽
  • ₺
  • £

Yuşşenko: "Dağlıq Qarabağ müharibəsində təcavüzkar Rusiyadır"

Yuşşenko: "Dağlıq Qarabağ müharibəsində təcavüzkar Rusiyadır"
02.03.2016 10:00
"Narıncı inqilab"ın lideri, Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko bildirib ki, "Qərb Ukraynanı pis vəziyyətdə qoydu və 1994-cü ildə imzalanmış Budapeşt memorandumuna baxmayaraq Rusiyanın bizim dövlətin ərazi bütövlüyünü pozmasına imkan verdi".

"Report" xəbər verir ki, bu barədə o "Qordon" nəşrinə müsahibəsində bildirib.

"Bizim Ukrayna" partiyasının ("Naşa Ukraina") lideri güman edir ki, məhz Qərb Ukraynanı aldadıb, çünki indi danışıqlar üçün elə şərait yaradılır ki, bu, ölkəyə Krımı geri qaytarmağa və Rusiya ilə hərbi münaqişə çərçivəsində hesablaşmağa imkan vermir.

Qərbin Ukraynaya maddi yardım göstərməyə çalışmasına və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Yuşşenko hesab edir ki, əsas geosiyasi münaqişə bu şəkildə həll olunmur.

"Bu gün ən aktual geosiyasi məsələ hansıdır? Avropanın mərkəzində ölkənin ərazi bütövlüyü və suverenliyinin itirilməsi və müharibə. Hamı çoxdan əmin olub ki, Dağlıq Qarabağda, Abxaziyada, Dnestryanıda, Cənubi Osetiyada, Krımda, Donbassda təcavüzkar eynidir - Rusiya. Hər yerdə və hər tərəfdə yalnız Rusiya", – deyə Ukrayna prezidenti bildirib.

"Postsovet məkanında Dağlıq Qarabağdan tutmuş Cənubi Osetiyayadək heç bir münaqişədə Ukraynadakı vəziyyətdə nəzərdə tutulan mexanizmlər olmayıb. Ukraynadan başqa heç kimdə, nə Gürcüstanda, nə Azərbaycanda, nə də Moldovada belə zəmanətlər yox idi. Və ortaya nə çıxır? Bizim əlimizdə belə güclü alət ola-ola, biz münaqişənin nizamlanması üzrə Zaxarçenko və Plotnitski ilə "məsləhətləşmələr" aparırıq. Sizə elə gəlmir ki, oyun bir qapıya oynanılır? " – deyə Yuşşenko əlavə edib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol