• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Azərbaycanda turizm prioritet sahələrdən biridir

İlham Əliyev: Azərbaycanda turizm prioritet sahələrdən biridir
05.03.2016 15:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizə ötən səfərlərini və həmin səfərlər çərçivəsində Prezident İlham Əliyev ilə görüşlərini xatırladı, bu görüşlər zamanı müzakirə olunan bir çox məsələlər, o cümlədən vizaların verilməsi, aşağı büdcəli uçuşların həyata keçirilməsi ilə bağlı işlərin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi. Qonaq hər səfərində şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını dedi.
 
BMT-nin Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə keçirdikləri görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirdi, qonağın verdiyi məsləhətlərin bu baxımdan önəmini qeyd etdi. Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını dedi. Dövlətimizin başçısı dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edərək Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini bildirdi. Dövlətimizin başçısı görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söylədi.
 
Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol