• $
  • €
  • ₽
  • ₺
  • £

MSK partiyalara xəbərdarlıq etdi

MSK partiyalara xəbərdarlıq etdi
16.03.2016 12:30
Bu günə qədər 14 siyasi partiya 2015-ci il üzrə illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
 
APA-nın məlumatına görə, bu barədə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.
 
N. Məmmədov deyib ki, partiyalar qanunvericiliyə uyğun olaraq aprelin 1-ə qədər illik maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi və hesabatların dərc edilərək rəsmiləşdirilməsi prosesini başa çatdırmalıdır: "Keçən il ilk il olduğu üçün siyasi partiyaların bu sahədə fəaliyyətinin təkmilləşməsinə ehtiyac duyulurdu. Bu ildən isə partiyalar illik maliyyə hesabatlarını aprelin 1-ə qədər mütləq MSK-ya təqdim etməlidir.
 
Biz bu ildən başlayaraq hesabatlarını təqdim etməyən partiyalarla bağlı qanunvericilikdə nəzərdə tutulan addımları atacaq, bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq müraciət edəcəyik. Ümid edirəm ki, bununla bağlı siyasi partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq. MSK partiyalar üçün bu sahədə maarifləndirici xarakterli tədbirlər təşkil edir, bu gün də belə tədbir keçiriləcək. Gələcəkdə isə beynəlxalq təşkilatlar da bu sahədə partiyaların maarifləndirilməsinə cəlb olunacaq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol