• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmən bayram günlərində iki hərbçimizi yaralayıb

Düşmən bayram günlərində iki hərbçimizi yaralayıb
24.03.2016 13:53
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Novruz və Pasxa bayramları müddətində atəşkəs rejiminə ciddi əməl edilməsi çağırışı Ermənistan tərəfindən birtərəfli qaydada rədd edilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, Novruz ərəfəsində və bayram günlərində Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı silahlardan, minaatan və qumbaraatanlardan istifadə etməklə qoşunların təmas xəttində gərginliyi xeyli artırıb: "Düşmən mövqelərimizi, cəbhəboyu zonada yerləşən kəndləri, eləcə də hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri atəşə tutmaqda davam edib. Bu günlər ərzində düşmən tərəfindən açılan atəşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində martın 19-da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rüstəmov Əsəd Vahid oğlu və martın 20-də isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsənov Nicat Cəbrayıl oğlu yüngül yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükə yoxdur. 

Hər dəfə vasitəçilərin sülh təşəbbüslərinə Ermənistan tərəfinin cəbhədə təxribat törətməklə gərginlik yaratmasının müntəzəm xarakter alması artıq təəccüb hissi doğurmur. Azərbaycan tərəfi vasitəçiləri, bütün beynəlxalq təşkilatları erməni tərəfinin yaydığı dezinformasiyalara uymamağa və onun təxribatlarına müvafiq qiymət verməyə çağırır. Müdafiə Nazirliyi bildirir ki, düşmənə qarşı tətbiq olunacaq cəza tədbirləri və bundan sonra onun verəcəyi itkilərə görə məsuliyyət hər zaman olduğu kimi Ermənistanın kriminal rejiminin üzərinə düşəcəkdir".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol