• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Avropa Hərakatı siyasi islahatları təqdir edib

Azərbaycan  Avropa Hərakatı siyasi islahatları təqdir edib
31.03.2016 14:51
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanı ilə vətəndaş cəmiyyəti fəalları - Anar Məmmədli və Rəsul Cəfərov, Nida Vətəndaş Hərəkatının üzvləri - Rəşadət Axundov, Rəşad Həsənov,  Məmməd Əzizov və Ömər Məmmədov, Musavat Partiyası üzvləri - Sirac Kərimli, Yadigar Sadıqov və Tofiq Yaqublu, jurnalistlər - Hilal Məmmədov, Pərviz Həşimli və hüquq müdafiəçisi Taleh Xasməmmədov və digər məhbusların azad olunması ölkədə əsl bayram əhval-ruhiyyəsi yaratmışdır və bu addım vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilir. Həmçinin, Ali Məhkəmənin qərarı ilə jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa çıxması hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqunun nəticəsidir və gələcək dialoqun dərinləşməsinə xidmət etdiyinin bir nümayişidir. Eyni zamanda, artıq hesablarına həbs qoyulmuş təşkilatlarının bir neçəsinin hesablarının açılması, onların bağladıqları qrant müqavilələrinin qeydiyyatına başlanması da irəliyə atılmış müsbət addım kimi qiymətləndirlir və Azərbaycan  Avropa Hərakatı olaraq təqdir edirik. 

Ümid edirik ki, ən yaxın zamanlarda beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin hamısının azadlığa çıxması, vətəndaş cəmiyyəti barəsində qanunvericilikdə  olan əngəllərin aradan qaldırılması, qeyri-hökumət təşkilatlarının beynəlxalq qurumlarla, o cümlədən qlobal layihələrdə iştirakına məhdudiyyətlər yaradan, problemli məsələlərin həlli istiqamətində də intensiv islahatlar həyata keçiriləcək. Əminik ki, bu istiqamətdəki islahatlar cəmiyyətin ayrı- ayrı ictimai institutlarının inkişafına, pluralizmin güclənməsinə gətirib çıxaracaq ki, nəticədə Azərbaycan həm iqtisadi, həm də mədəni cəhətdən qüdrətli ölkəyə  çevriləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol