• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: “Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri əsasında həll olunmalıdır”

Lavrov: “Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri əsasında həll olunmalıdır”
04.04.2016 18:59
 "Dağlıq Qarabağda baş verənlərlə bağlı bizim mövqeyimiz prezident, xarici işlər və müdafiə naziri tərəfindən açıqlanıb. Müdafiə naziri Sergey Şoyqu və mən azərbaycanlı və erməni həmkarlarımızla əlaqə saxlamışıq. Onlara ciddi narahatlığımızı ifadə etmişik, tez bir zamanda dərhal atəşin dayandırılmasını söyləmişik. Ümid edirik ki, bizim müraciətimizi eşidəcəklər. Baxmayaraq ki, atəşin dayandırılması ilə bağlı hər iki tərəf əmrlərin verildiyini açıqlayıblar, lakin bu gün yenidən atəşin tam dayandırılmadığı görünür. Bakı və İrəvanla əlaqələrimizi davam etdiririk. Moskva, Paris və Vaşinqton tərəfindən verilən siqnalların eşidilməsi üçün əlimizdən gələni edəcəyik”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün moldovalı həmkarı Andrey Qalbur ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında jurnalistin ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanmasında nə qədər effektli olması ilə bağlı sualına cavabında bildirib. O xatırladıb ki, iki gün öncə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən bəyanat verilib: "Həmin bəyanatda səslənən fikirlər Rusiya rəhbərliyinin mövqeyi ilə uyğundur. O ki qaldı Minsk Qrupuna, bu, böyük mexanizmdir. Üçlük (həmsədrlər) formatını dəyişmək məqsəduyğun deyil”.

Rusiyalı nazir ATƏT-in Minsk Qrupunun fəaliyyətini Ukrayna münaqişəsi ilə bağlı mövcud olan Normandiya formatı və Suriya münaqişənin həlli ilə məşğul olan Suriyaya dəstək beynəlxalq qrupu ilə müqayisə edib: "Bu məntiqlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rolunu baltalamaq və son 10 ildə onların əldə etdiklərini kölgələməyə cəhd etmək lazım deyil. Lakin bunu edənlər var, hansılar ki, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirmək istəyənlərdir, münaqişənin həllinə yanaşmaları qəbul etməyənlərdir".
 
S. Lavrov Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını söyləyib: "Münaqişə ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında həll olunmalıdır”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol