“Rusiyanın Suriyadan sonrakı hədəfi "Qarabağ" oldu” - AÇIQLAMALAR

Aprelin 1-dən 2-nə keçən gecə cəbhə boyu ərazilərdə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında vəziyyət gərginləşib. Üç gün keçməsinə baxmayaraq, cəbhədə döyüşlər hələ də davam edir. Rəsmi məlumata görə, Azərbaycan tərəfi üç gün ərzində 15 şəhid verib. Qarşı tərəfin itkiləri isə 30 hərbi qulluqçudur. Hərbiçi itkiləri ilə yanaşı, Ermənistan tərəfinin xeyli sayda texnikasının məhv edildiyi deyilir.
Ümumiyyətlə, belə bir vaxtda münaqişənin başlamasının əsas səbəbi nədir və bu gərginlik müharibəyə çevrilə bilərmi?
Bu sualla bir sıra politoloq və siyasi şərhçilərə müraciət etdik:
"Ermənistan açıq olmasa da, mütəffiq olduğu bütün ölkələri söyür” – Ərəstun Oruclu
Ümumiyyətlə, belə bir vaxtda münaqişənin başlamasının əsas səbəbi nədir və bu gərginlik müharibəyə çevrilə bilərmi?
Bu sualla bir sıra politoloq və siyasi şərhçilərə müraciət etdik:
"Ermənistan açıq olmasa da, mütəffiq olduğu bütün ölkələri söyür” – Ərəstun Oruclu

Politoloq Ərəstun Oruclu hesab edir ki, aprelin 1-dən baş verən gərginliyin əsas səbəbi, ermənilərin cəbhə xətti boyunca Azərbaycanın yaşayış məntəqələrini mütəmadi atəşə tutumasıdır: "Əvvəllər cəbhədə yüngül silahlardan, avtomatlardan atəş açırdılar, daha sonra keçdilər iri tipli pulemyotlara və minaatanlara. Hardasa bir məqamda buna dur deyilməli idi. Başlıca səbəb budur. Politologiya bunu deyir ki, nə qədər iki ölkə arasında gərginlik davam edir, atışmalar var, beynəlxalq güclər müdaxilə etmir, işğalçıya komfort şərait yaradılırsa, müharibə ehtimalı istənilən vaxt gözləniləndir”.
"Ancaq bu hücumla ermənilər çox məyus oldular. KTMT-yə üzv olan bir dövlət belə Ermənistana dəstək olmadı. Əksinə, o təşkilata üzv olan dövlətlərin bir çoxu Azərbaycanın tərəfini tutdu. Buna Belarusu misal gətirmək olar”, - deyə Oruclu bildirdi.
Politoloq əlavə etdi ki, bu gərginliyin artmasında Rusiyanın da rolu var: "Ancaq bunun dominant olduğunu düşünmürəm. Moskvada çox gözəl başa düşürlər ki, indiki silahlanma səviyyəsi ilə bu gərginlik idarə olunmaz müharibəyə çevrilə bilər. Rusiya sərhədləri ətrafında istəməz ki, geniş miqyaslı müharibə olsun. Çünki bu ölkənin ətrafında münaqişə yetirincədir. Ancaq hadisələrdən belə bir nəticə çıxarmaq olar ki, Rusiya Ermənistan vasitəsilə Azərbaycanı şantaj etmək istədi, ancaq cavabını çox pis şəkildə aldı”.
"Rusiyanın Suriyadan sonrakı hədəfi Cənubi Qafqaz oldu” – Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə Rusiyanın Suriyadan sonra hədəfinin Qarabağ olduğunu dedi: "Rusiya qoşunlarını Suriyadan çıxaranda düşünürdüm ki, növbəti dəfə üzünü hara tutacaq? Ekspertlər hesab edirdilər ki, Rusiyanın bu dəfəki hədəfi Ukrayna olacaq. Amma Rusiyanın hədəfi Ukrayna yox, Cənubi Qafqaz oldu. Yəni, Azərbaycan və Ermənistan. Əslində, hər iki dövlət rəhbərinə müharibə etmək sərf etmir. Əvvəla Ermənistanın (maliyyə, siyasi) resursları yoxdur, Qarabağ torpaqlarını işğal edən Ermənistan düşünür ki, nə vaxtsa Azərbaycan bezib torpaqlardan əl çəkəcək. Azərbaycan rəhbərliyinə də müharibə etmək əl vermir. Əgər müharibə başlasa, Rusiya istənilən halda bir bəhanə edib, Gürcüstanda olduğu kimi bu müharibəyə qatılacaq”.
Politoloq əlavə etdi ki, rəsmi Moskva hər iki ali baş komandanın ABŞ-da Nüvə sammitində iştirakından istifadə edib: "Moskva rəhbərliyi bu fürsətdən istifadə edərək, Qarabağda təxribat törətdi. Bu təxribatın da iki nəticəsi oldu. Birinci, Azərbaycan ordusu sübut etdi ki, düşmən qüvvələrinin hədəfini məhv etməyə hazırdır. İkincisi bəlli oldu ki, bu təxribatlar geniş miqyaslı müharibəyə səbəb olmayacaq. Nə Ermənistanda, nə də Azərbaycanda bu siyasi iradə yoxdur. Rusiyanın məqsədi regionda kimin ağa olduğunu göstərməkdir. Nə Azərbaycan, nə də Ermənistan rəhbərliyi rus qoşunlarının Qarabağa gəlməsini istəmir. Rus qoşunları gəldikdən sonra müstəqillikdən danışmaq gülünc olacaq”.
Z. Əlizadənin fikrincə, Avropa və ABŞ indi də əvvəllər olduğu kimi riyakar mövqe tutur, heç bir mövqe bildirmirlər. Qərb ancaq Azərbaycana qarşı informasiya müharibəsində iştirak edir”.
"Qazanılan qələbə müvəqqətidir” – Arzu Abdullayeva

Hüquq müdafiəçisi, konfliktoloq Arzu Abdullayevnın sözlərinə görə, cəbhə xəttində baş verənlər siyasi oyundur: "Bu oyun Rusiya tərəfindən törədilir. Belə gərginliyin yaranması birinci dəfə deyil. İki il bundan öncə, yəni 2014-cü ilin yanvarında prezident İlham Əliyev NATO sammitində iştirak edəndə də, Rusiya Qarabağda təxribat törətdi. Ermənistan qoşunları cəbhədə geniş miqyaslı gərginlik yaratdıi və şiddətli döyüşlər başladı. Yanvar ayının 17-dən 21-nə qədər döyüşlər davam etdi. Bu Ermənistan tərəfinin bir nümayişi idi ki, siz kimlə istəsəniz orada danışa bilərsiniz amma bu regionun sahibi mənəm. Bu dəfəki ABŞ-da keçirilən nüvə sammitində prezidentlərin ikisi də iştirak edirdi. Cəbhədə gərginlik yarananda Ermənistan atəşkəsi Azərbaycan tərəfinin pozduğunu bildirdi. Əslində bu, Rusiyanın oyunu idi. Bu dəfə də eyni hadisələr baş verir. Ancaq ordumuzun ermənilərin hücumunu dəf edib, qələbə qazanması son deyil. Buna tam şəkildə qələbə demək olmaz. Bu qələbəyə Rusiya icazə verib. Rusiya bu addımı ilə ya Azərbaycanı öz tərəfinə çəkmək məqsədi güdür, ya da Ermənistana demək istəyir ki, sən ipini itirmə, kimlə istəyirsən danış, ancaq qərarı mən verəcəm. Ancaq Rusiyanın indiki vəziyyəti həm siyasi, həm də iqtisadi baxımdan çox ağırdır. Çünki dünya dövlətlərinin çoxui Rusiyanı təkləyib. Rusiya buna görə regionda öz sözünü deməyə çalışır”.
"Putin niyə Cənubi Qafqazda gərginliyi artırsın” – Elxan Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, atəşkəs adətən yayda intensiv şəkildə pozulur: "İlin bu çağında vəziyyətin dəyişməsi tərəflər arasında münasibətlərin gərginləşməsinin nəticəsidir. Azərbaycan tərəfi münaqişəsnin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Amma xeyli vaxt keçsə də sülh danışıqları nəticə verməyib, vəziyyət tamamilə başqa istiqamətə yönlənib. Xarici dövlətlər, aiddiyyatı qurumlar da sülh danışıqlarının həllində bizə yardımçı olmadı. İndi vəziyyəti nəzərə alsaq demək olar ki, atəşkəsin pozulması obyektiv haldır. Ancaq 4 gün davam edən gərginlik imkan verəcək ki, beynəlxalq təşkilatlar hadisələrə baxıb yenidən qiymət versinlər".
Cəbhədə gərginliyin artmasında Rusiyanın əlinin olub-olmamasını politoloq belə qiymətləndirib: "Putinin nəyinə lazımdı ki, Cənubi Qafqazda gərginliyi artırsın. Onsuz da onun başqa problemləri (Ukraynada, Suriyada) var. Əksinə, o, Cənubi Qafqazda müharibə ocağının yenidən qızışmasını istəməz. Status-kvonu dəyişmək bizim maragimizdadır. Məqsəd böyük dövlətlər və Rusiyaya Azərbaycanın uzun müddətli işğal faktoruna dözməyəcəyini göstərməkdir”.
Politoloq sonda bildirdi ki, Rusiyanın öz qırıcıları və hərbi texnikasınıı Ermənistanda yerləşdirməsi xəbəri dezinformasiyalardır: "Rusiyanın Ermənistanın mütəffiqi olması və onu qorumağa çalışması hamıya bəllidir. Ancaq yaranan gərginlik zamanı Rusiya rəsmiləri açıqlamalarında hələ ki, korrektdirlər. Yəni, nə Ermənistanın tərəfini saxlayırlar, nə də Azərbaycanın. Bu dezinformasiyalarla bağlı diqqətli olmaq lazımdır, çünki cəbhədə savaşla bərabər informasiya müharibəsi də gedir. Qarşı tərəf çalışır dezinformasiyalarla dünya ictimaiyyətini çaşdırsın.”
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















