• $
  • €
  • ₽
  • ₺
  • £

Çavuşoğlu: Osmanlı türkü qardaşını heç vaxt darda qoymaz

Çavuşoğlu: Osmanlı türkü qardaşını heç vaxt darda qoymaz
04.04.2016 19:18
"Biz hər zaman qardaş Azərbaycanın yanındayıq”.

Ermənistan daima Azərbaycana qarşı təxribatlar törədir. Baxmayaraq ki, Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində fəaliyyət göstərir. 

Oxu.Az Rosbalta istinadən xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib. 

"Minsk üçlüyü nə işə yarayır? Bu gün Rusiya, ABŞ və Fransa bu məsələni həll etmək istəsə, bir həftəyə münaqişə həllini tapar. Münaqişəni həll etmədikləri üçün belə hadisələr baş verir”, - Mövlud Çavuşoğlu vurğulayıb.

O, Türkiyənin hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Antalya aeroportunda suallara cavab verəkən o, Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Azərbaycan ərazilərini işğal etməkdə ittiham edib. Onun sözlərinə görə, dünya ictimaiyyəti buna göz yumur. 

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi qısa bir zamanda dinc yolla həll edilməli, Azərbaycan ərazi bütövlüyü təmin edilməlidir. 

"Türkiyəyə gəldikdə, əlbəttə, hər zaman qardaş Azərbaycanın yanındayıq. Nə zaman, hansı mövzuda bizə ehtiyacı olarsa, Azərbaycanın yanındayıq. Necə deyərlər: Osmanlı türkü özü yıxılanda belə, qardaşını darda qoymur”, - Türkiyə diplomatiyasının rəhbəri bildirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol