Ermənilərə qarşı cinayət işi qaldırıldı

Aprelin 2-dən başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində təxribat törətməkdə davam edirlər.
Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Azadqaraqoyunlu və Düyərli kəndləri növbəti dəfə düşmən atəşinə məruz qalıb.
Belə ki, aprelin 3-də saat 21:00 radələrində erməni silahlı qüvvələrinin artilleriya silahlarından rayonun Azadqaraqoyunlu kəndinə atılmış mərmilərdən biri 1968-ci təvəllüdlü Rəhimov Mirzə Rəhim oğluna məxsus yaşayış evinə düşmüş, aprelin 4-də saat 14 radələrində isə Düyərli kəndinə atılmış mərmilərdən 3-ü Quliyev Etibar Cəlil oğluna məxsus yaşayış evinə düşməsi nəticəsində ev tamamilə dağılmış, qonşuluqda yaşayan 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı və 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı isə qəlpə yarası xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur