• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya Azərbaycanın müstəqilliyinin məhdudlaşdırmağa çalışır" - AÇIQLAMALAR

"Rusiya Azərbaycanın müstəqilliyinin məhdudlaşdırmağa çalışır" - AÇIQLAMALAR
08.04.2016 16:01
"İrəvan Qarabağ münaqişəsi zonasında sülhməramlıların yerləşdirilməsinə razıdır. Biz heç bir zaman buna qarşı olmamışıq, amma hesab edirik ki, bu münaqişə əsaslı şəkildə və birdəfəlik həll olunmalıdır.”

Almaniya mətbuatının məlumatına görə bunu Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib.

Ermənistan prezidenti Serj Sarkisyanın "Qarabağ”da sülhməramlı qoşunları yerləşdirməsi ilə bağlı çıxışının hüquqi əsası varmı? Rəsmi Bakı bu qərarı necə qarşılayacaq?

 Bu sualları ANN.Az-a millət vəkili və ekspertlər şərh ediblər.

"Azərbaycan tərəfi tezliklə öz mövqeyini bildirəcək” – Fərəc Quliyev
 


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyevin fikrincə, Ermənistan indiyə kimi bildirirdi ki, guya onlar bu savaşda tərəf deyillər: "Daha doğrusu özlərini belə göstərməyə çalışırdılar. Onlar Qarabağda "DQR”ın qoşunların olduğunu iddia edirdilər. Sarkisyanın indiki sülhməramlılarla bağlı bəyanatla çıxış etməsi bir daha təsdiq edir ki, Ermənistan işğalçı dövlətdir və o ərazilərdə baş verəcək hadisələrlə bağlı Ermənistanın mövqeyini nümayiş etdirmək istəyir. "Qarabağ” Azərbaycanın ərazisidir. Sarkisyanın ixtiyarı yoxdur ki, Azərbaycan ərazisi haqda nəyisə danışsın. Ermənistanla Azərbaycan arasında müharibə gedir. Qarabağ bizə qaytarıldıqdan sonra bu barədə düşünmək olar. Çünki o zaman əsl sərhədlər müəyyən ediləcək və Azərbaycan tərəfi iki dövlərt arasında sülhməramlı qoşunlar yerləşdirilməsi barədə öz fikrini deyə bilər”.

Millət vəkili Azərbaycanın bu məsələ ilə əlaqədar tezliklə mövqe bildirəcəyini bildirib:” Ermənistan işğalçı orduları Azərbaycan ərazilərini tərk etməyincə müharibə bitmiş sayılmaz. Bir mənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bu konteksdən çıxış edərək, Azərbaycan tərəfi əlavə detallarla bu məsələyə öz mövqeyini tezliklə bildirəcək.”      

"Ermənistan rus sülhməramlılarının "Qarabağ”da yerləşdirilməsinə çalışır” – Ərəstun Oruclu
 


Politoloq Ərəstun Oruclunun sözlərinə görə, Sarkisyanın bu fikri yalnız təklif xarakterli ola bilər: "Sülhməramlı missiya həyata keçirən təşkilatların müəyyən səlahiyyət çərçivəsi var. Ermənistanın sülhməramlı qoşunların istəməsindən söhbət gedirsə, məlum məsələdir burada söhbət rus qoşunlarından gedəcək. Rus sülhməramlılarının da necə hərəkət etdikləri bizə Gürcüstan məsələsindən aydındır. Onlar Gürcüstanda sabitliyin yaranması üçün sülhməramlı qoşunları ora toplasalar da, sonradan həmin qoşunla hücum təşkil edib əraziləri işğal etdilər. Ermənistanın da istədiyi budur. Onlar istəyir Dağlıq Qarabağda "sülhməramlı” rus qoşunları yerləşdirilsin. Hətta Rusiya biraz artığını, yəni hər iki (həm Azərbaycan, həm də Ermənistan) tərəfdən sülhməramlı qoşunların yerləşdirilməsini istəyir. Rusiya Azərbaycanın müstəqilliyinin məhdudlaşdırılması, onun de-fakto işğalı planını bu cür həyata keçirmək istəyir".

Politoloq Rusiyanın Azərbaycan ərazisində heç vaxt sülhməramlı qoşun yerləşdirə bilməyəcəyini də xüsusi vurğulayıb: "Rusiya Azərbaycana sülhməramlı qoşun göndərə bilməz. Çünki Azərbaycan KTMT üzvü deyil. Azərbaycanın razılığı olmadan onun ərazisində heç bir dövlətin sülhməramlı qoşunu yerləşdirilə bilməz. Bu yalnız BMT-nin qərarı əsasında həyata keçirlə bilər".

Rəsmi Bakı bu qərarı necə qarşılayacaq sualına isə politoloq belə cavab verib: "Çətin sualdır. Düşünmürəm ki, Rəsmi Bakı bu qərara müsbət cavab versin. Rusiyanın XİN rəhbəri Sergey Lavrov mesaj verdi ki, Azərbaycan KTMT-yə və Avrasiya İttifaqı Birliyinə üzv olmalıdır. Bu faktiki olaraq Azərbaycanın müstəqilliyinin itirilməsi deməkdir”.   
      
"Sarkisyan kimdi ki, özgəsinə məxsus torpaqlar haqqında qərar vermək istəyir” – Üzeyir Cəfərli
 


Hərbi ekspert Üzeyir Cəfərli sülhməramlı qoşunların Qarabağda yerləşdirilməsinin Rusiyanın işi olduğunu dedi: "Həyasızlığa bax, Sarkisyan sən kimsən ki, özgəsinə mənsub olan torpaqlar haqqında qərar verirsən. Gərək bizdə qərar verək, türk dilli ölkələrin qoşunları Ermənistan ərazisində yerləşdiririlsin. Bu sadəcə Rusiya və Ermənistanın baş qatmaq, vaxt uzatmaq üçün səsləndirilən və atılan addımlarıdır. Azərbaycan tərəfi belə məsələrdə son dərəcə çeviklik göstərməlidir. Sarkisyana sülhməramlı qüvvələr lazımdırsa, gətirib onları Ermənistan ərazisində yerləşdirsin. Onun heç bir hüquqi haqqı yoxdur, işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı fikir səsləndirsin və hansısa sülhməramlı qüvvələri "Qarabağ”da yerləşdirsin. Bu daha çox ağalarının Ermənistan prezidentinə verdiyi fikir və təklifidir. Daha doğrusu bu, Rusiya tərəfinin onlara verdiyi konspektdir. Sarkisyan da bu konspekti oxuyur”.

Ekspert Rəsmi Bakının Sarkisyanın bu qərarını bir mənalı şəkildə müsbət qarşılamayacağını dilə gətirib: "Yaxın saatlarda Xarici İşlər Naziriliyi bu barədə açıqlama yaymalıdır.XİN Sarkiyanın bu qərarını birmənalı şəkildə rədd edəcək. Azərbaycanın əraziləri işğal altından azad olunandan, ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra bu məsələ müzakirə oluna bilər. Yəni tərəflər arasında gələcəkdə sərhədlərlə bağlı gərginliyin yaşanmaması üçün bu məsələyə baxıla bilər. Amma indiki halda bu mümkün olan bir iş deyil”.

Orxan Aslanlı

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol