• $
  • €
  • ₽
  • ₺
  • £

Artur Rasizadə Medvedevlə görüşdü

Artur Rasizadə Medvedevlə görüşdü
08.04.2016 20:57
Azərbaycan baş naziri Artur Rasizadə Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə görüşüb.
 
APA-nın məlumatına görüşdə Azərbaycan və Rusiya arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr müzakirə olunub.
 
Baş nazir Artur Rasizadə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin Azərbaycanda yüksək dəyərləndirildiyini bildirib, rusiyalı həmkarı Dmitri Medvedevin bu səfəri çərçivəsində siyasi, iqtisadi məsələlərlə bağlı aparılan danışıqların əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib. Humanitar sahədə əlaqələrə toxunan Artur Rasizadə Azərbaycanda 321 məktəbdə tədrisin rus dilində aparıldığını, ölkəmizdə Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının fəaliyyətinin münasibətlərimizin inkişafındakı rolunu qeyd edib. Azərbaycanda neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da sürətli templərlə inkişaf etdirildiyini deyən Baş nazir Artur Rasizadə kənd təsərrüfatı, turizm və digər sahələrdə Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan birgə yeni layihələr həyata keçirməyi təklif edib. Bildirib ki, Rusiya regionları ilə yaradılan gözəl münasibətlər ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfədir.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasizadə vurğulayıb ki, münaqişə sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Artur Rasizadə münaqişənin həllinə dair göstərilən fəal vasitəçiliyə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirib.
 
"Həyatda həmişə sabit amillərlə yeniliklər bir-biri ilə birləşir. Həm Rusiya, həm Azərbaycan dəyişib, amma münasibətlərimizin amili sabit olaraq qalıb”, - deyən Dmitri Medvedev sabit olan münasibətlər amili kimi dostluğumuzu misal çəkib, bu amilin qorunub saxlanmasının vacibliyini qeyd edib. Hər iki ölkənin iqtisadiyyatlarının oxşarlığından danışan Rusiya Hökumətinin Sədri neft-qaz amilindən asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətinə toxunub. Dmitri Medvedev də birgə layihələr üzərində işləməyin önəmini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Rusiya Hökumətinin Sədri diqqətə çatdırıb ki, münaqişənin həllindən bütün region faydalanacaq və Rusiya da özünü bu regionun bir hissəsi hesab edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol